Home » BFB: Mikromaliyyə təşkilatları üçün minimal listinq həddi 500 min manata endiriləcək

BFB: Mikromaliyyə təşkilatları üçün minimal listinq həddi 500 min manata endiriləcək

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda borc bazarı seqmentində mikromaliyyə təşkilatları üçün minimal hədd 1 milyon manatdan 500 min manata endiriləcək.

Bu barədə “Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov Bakıda keçirilən 1-ci İnvestor–Mikromaliyyə Forumunda bildirib.

Onun sözlərinə görə, dəyişiklik sektorun maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır. “Bununla bağlı qərar qəbul olunub və yaxın zamanlarda qüvvəyə minəcək”, – deyə o qeyd edib.

O.Qasımov vurğulayıb ki, mikromaliyyə təşkilatları xüsusilə xırda biznes subyektlərinin maliyyələşdirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, bu qurumlar daha çevik fəaliyyət göstərir və kapital bazarları ilə inteqrasiya onların inkişafına əlavə töhfə verir.

“Bu, eyni zamanda həmin təşkilatların daxili transformasiyası deməkdir. Onlar IFRS tələblərinə uyğun maliyyə hesabatları açıqlamalıdırlar. Hazırda BFB-də listinq seqmenti onlar üçün əlçatandır və biz bu seqmenti maksimum dərəcədə sadələşdirmişik ki, əlçatanlıq daha da asanlaşsın”, – deyə sədr müavini əlavə edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.