Home » Biden neft şirkətlərini yüksək vergilər ilə qorxudub: “Exxon 152 illik tarixində bu qədər qazanmayıb”

Biden neft şirkətlərini yüksək vergilər ilə qorxudub: “Exxon 152 illik tarixində bu qədər qazanmayıb”

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bazar ertəsi günü ABŞ-ın prezidenti Joe Biden nəhəng neft şirkətlərini yüksək vergilər ilə qorxudub. “Əgər onlar benzinin qiymətinin azaldılması üçün cəhd etməsələr bu baş verəcək”.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, prezident neft şirkətlərini rekord gəlirlərdən dolayı tənqid edib, o deyib ki, müştərilər yüksək benzin qiymətləri ilə mübarizə apardığı dövrdə onlar əlavə gəlirlər qazanıblar.

Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına, əsasən oktyabrın 31-də benzinin 1 qallona görə qiyməti 3.76 dollar olub, bu isə iyundakı rekord rəqəmdən 5 dollardan enib. Ancaq yenə də bir il öncə ilə müqayisədə olduqca yüksəkdir.

Biden deyib ki, onların əlavə gəlirləri müharibədən qazanılıb, bununla da davam etməkdə olan Rusiya-Ukrayna konfliktinə eyham edib: “Qərbin sanksiyaları nəticəsində neft təchizatı azalıb, indi bu şirkətlərə müharibə üzərindən əlavə qazanc əldə edilməsini dayandırmağın zamanıdır”, – deyə prezident qeyd edib.

Biden deyib ki, neft şirkəti Shell 2022-ci ilin III rübündə 9.5 milyard dollar qazanc əldə edib, bu isə bir öncəki ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artım deməkdir: “Exxon-un gəliri isə III rübdə 18.7 milyard dollar idi, ötən ili eyni dövrü ilə müqayisədə 3 dəfə artımdır. Bu isə onun 152 illik tarixində ən yüksək rəqəmdir”.

Prezident Biden-in bu bəyanatı isə 8 gün qalan ilkin prezident seçkilərindən öncə edilib. Demokratlar hazırda çalışırlar ki, ilkin prezident seçkiləri öncəsində iqtisadiyyatı inkişaf etdirsinlər, çünki amerikalı seçicilərin ilk növbədə baxacaqları ölkədə iqtisadi vəziyyəti yaxşılaşdırmaq istiqamətində addımlar atan namizədə səs vermək olacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.