Home » Biləsuvarda sahibkarlarla görüş keçirilib

Biləsuvarda sahibkarlarla görüş keçirilib

by anar
0 comments 0 views 1 minutes read

KOBİA-nın təşkilatçılığı ilə Biləsuvar rayonunda keçirilən görüşdə sahibkarlar kənd təsərrüfatının inkişafına dəstək tədbirləri, bu sahədə müasir çağırışlar, innovativ suvarma sistemləri, aqrar sığortanın əhəmiyyəti barədə məlumatlandırılıb.

Biləsuvar rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Müasir əkinçiliyin strukturu və innovativ suvarma sistemlərinin tətbiqinin səmərəlliyi” mövzusunda sahibkarlarla görüş keçirilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və 200-ə yaxın sahibkarlıq subyekti iştirak edib.

Görüşdə ölkəmizdə kənd təsərrüfatının inkişafına dəstək tədbirləri, bu sahədə müasir çağırışlar, aqrar sığortanın əhəmiyyəti, innovativ suvarma sistemlərinin tətbiqinin səmərəlliyi, əkin sahələrində məhsuldarlığın artırılması və ziyanvericilərə qarşı düzgün mübarizə üsulları, eləcə də sahibkarların maliyyə resurslarına çıxışı barədə məlumat verilib.

Tədbirdə KOB subyektlərinin ehtiyaclarına dair müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.