Home » Bill Gates hazırda istifadə etdiyi mobil telefonun adını açıqlayıb – Foto

Bill Gates hazırda istifadə etdiyi mobil telefonun adını açıqlayıb – Foto

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“Microsoft” şirkətinin rəhbəri, xeyriyyəçi, milyarder Bill Gates hazırda istifadə etdiyi telefon markasının adını açıqlayıb. O, mobil telefonların yaradılmasının 50 illiyi ilə bağlı (aprelin 3-də qeyd edilib-red.) məqalə paylaşıb və deyib ki, hazırda Samsung Galaxy Z Fold4-dən istifadə edir. Milyarder deyib ki, bu maraqlıdır ki, ilk mobil telefon zənginin edilməsindən sonra o nə qədər dəyişib.

BBN.az xeyriyyəçinin LinkedIn platforması üzərindən qeyd etdiyi məlumata istinadən yazır ki, onun sözlərinə görə hazırkı mobil telefonu “Microsoft”da çalışmağa başladığı erkən illərdəki ağır alətdən uzaqdır.

Əlavə edək ki, “Forbes 2023”-də yayımlanan məlumata əsasən milyarderin hazırda şəxsi sərvətinin həcmi 104 milyard dollardır və 6-cı yerdədir. Cari ilin TOP 1-nə isə Bernard Arnault və onun ailəsi başçılıq edir. Bildirək ki, milyarderin adını qeyd etdiyi mobil telefonun qiyməti yaddaşından asılı olaraq 1000-1400 dollar arasında dəyişir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.