Ən böyük kriptovalyuta birjasını idarə edən qlobal şirkət olan Binance-ın təsisçisi və baş icraçı direktoru (CEO) Changpeng Zhao çirkli pulların yuyulması və bank fırıldaqçılığı ittihamlarını qəbul etdikdən sonra istefa verib.
BBN.az xəbər verir ki, ABŞ hökuməti dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-ın çirkli pulların yuyulmasına qarşı mübarizə və sanksiyalar qanunlarını pozduğuna görə ümumilikdə 4,3 milyard dollar cərimə ödəyəcəyini açıqlayıb.
Qeyd edək ki, CoinDesk.com nəşrinin əldə etdiyi məlumata əsasən şirkətin CEO vəzifəsinə ən ideal namizəd isə Binance-ın ABŞ bazarından xaric Abu Dhabi bölməsini idarə edən Richard Teng-dir. Ancaq qlobal şirkət isə bu məlumatı nə təsdiq, nə də təkzib edib.