Home » “Binance” platformasını istifadədən çıxarır

“Binance” platformasını istifadədən çıxarır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kriptovalyuta sahəsində fəaliyyət göstərən ən böyük kriptomübadilə platforması Sinqapur bazarına daxil olmaqdan imtina edib. Sinqapurun bankçılıq nəzarət orqanına göndərdiyi lisenziya tələbini geri çəkən şirkət Sinqapurdakı bütün əməliyyatlarını dayandırıb.

Ani qapanma platforma istifadəçilərinə çətinliklər yaratsa da, şirkət rəsmisi yaxın müddətdə bütün istifadəçilər ilə əlaqə yaradılacağını və onlara başqa platformalara keçid və ya kompensasiya mövzusunda kömək göstəriləcəyini açıqlayıb.

Məlumat üçün qeyd edək ki, 2017-ci ildə Kayman Adalarında yaradılan şirkətin ilkin fəaliyyət ilində 7 milyon dollar, 2020-ci ildə isə 900 milyon dollar həcmində gəlir qazandığını müşahidə etmək mümkündür. Ümumilikdə, 28.6 milyon istifadəçiyə sahib platformada 2021-ci ildə 7.7 trilyon dollar həcmində kriptovalyuta mübadiləsi həyata keçirilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.