Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Xarici bazarlara satışın təşkili” mövzusunda təlim keçirəcək - BBN

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Xarici bazarlara satışın təşkili” mövzusunda təlim keçirəcək

23 noyabr 2023-cü il tarixində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Xarici bazarlara satışın təşkili” mövzusunda təlim keçirəcək.
Təlim çərçivəsində yerli istehsalın xarici bazarlara çıxarılması üçün hədəf kütlənin təyini, potensial müştərilərə uyğun satış kanallarının tapılması, qiymət siyasətinin düzgün təşkili və müştəri məmnuniyyətinin formalaşdırılması istiqamətlərində müzakirələr aparılacaq.
Həmçinin tədbirdə aşağıdakı mövzular haqqında danışılacaq:
  • Məhsulun doğru təqdimatı;
  • Satış həcminin artırılması üçün qiymət texnikası;
  • Xarici bazarın xüsusi hallarını təyin etmə;
  • Sərgi və digər netvorkinq tədbirləri;
  • Davamlı satış üçün zəruri şərtlər.
Saat 10:00-da başlayacaq təlimin müddəti 3 saat nəzərdə tutulub. Təlimçi isə satış üzrə ekspert Altay Əliyevdir.
Tədbirdə iştirak etmək və tədbir haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.
Təlim İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında baş tutacaq. (Ünvan: Bakı ş, Yasamal r, Qurban Xəlilov 47)
Əlaqə nömrələri: (012) 521-28-48
(050) 254-29-27

Related posts

Azərbaycan və Özbəkistan ödəniş sistemlərinin inteqrasiyasını müzakirə edir

AZPROMO Tacikistan Beynəlxalq Qida Sənayesi Forumunda təmsil olunub

Mərkəzi Bank tərəfindən Şamaxı rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı