Home » “Bir Pəncərə” İxraca Dəstək fəaliyyətini bərpa edir

“Bir Pəncərə” İxraca Dəstək fəaliyyətini bərpa edir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi mərhələli şəkildə fəaliyyətini bərpa edir. Bu barədə müvafiq əmri İqtisadi İslhatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı imzalayıb. Qeyd edək ki, COVİD-19 pandemiyası dövründə onlayn qaydada fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun olaraq “Məsafədən işin təşkil edilməsi” Qaydaları müəyyən edilmişdi. Qaydalara əsasən müvafiq dövlət qurumlarından ezam olunan əməkdaşlar arasında, habelə ixracatçılar arasında məsafəsi qorunmaqla həyata keçiriləcəkdir.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə bildirib ki, Mərkəzdə fəaliyyət  Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun həyata keçiriləcək. Yalnız intensiv sertifikat qəbul edən dövlət qurumlarının əməkdaşları Mərkəzdə işlərinə başlayacaqlar.

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlara xidmət göstərən beş dövlət qurumunun nümayəndələri ixracata tələb olunan sənədləşmə işlərini həyata keçirir. Bu Mərkəzdə tələb olunan bütün sertifikatlar – baytarlıq və fitosanitar, keyfiyyət, mənşə, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatların verilməsi təmin edilir. Mədəni sərvətin mühafizəsi şəhadətnaməsi və dini ədədbiyyatın ixracına razılığı da buradan almaq olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.