Home » Birinci rübdə Energetika Nazirliyi və tabeli qurumlara 2085 müraciət daxil olub

Birinci rübdə Energetika Nazirliyi və tabeli qurumlara 2085 müraciət daxil olub

by anar
0 comments 0 views 1 minutes read

2025-ci ilin birinci rübü ərzində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 2085 vətəndaş müraciəti daxil olub.

Müraciətlərdən 377-si məlumat (müraciətin geri götürülməsi və təşəkkür) 1708-i isə icra xarakterli olub. Bunlardan 1440-ı müvafiq qaydada icra edilib, 268 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, enerji verilişində fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, borc və cərimələr, sayğacların quraşdırılması, bərpa olunan enerji, qəbula yazılmaq, məşğulluq məsələləri, icazələr və digər mövzuları əhatə edib.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 83 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.