Home » Birinci yarımildə respublikada 24 milyard kub metrdən çox qaz hasil edilib

Birinci yarımildə respublikada 24 milyard kub metrdən çox qaz hasil edilib

by anar
0 comment 0 views 2 minutes read

2023-cü ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, 6 ay ərzində ölkədə 24,1 milyard kub metr təbii qaz hasil edilib. Qazın 6,5 milyard kub metri AÇG-dən, 13,2 milyard kub metri “Şahdəniz”dən, 4,4 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 0,7 milyard kub metr, yəni təqribən 3 faiz artım qeydə alınıb.

Hesabat dövründə xaricə qaz satışı təxminən 12 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 7,5 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 5 milyard kub metr, Avropaya təqribən 5,7 milyard kub metr, Gürcüstana isə 1,3 milyard kub metr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,8 milyard kub metr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 209,9 milyard kub metr, “Şahdəniz”dən isə 195,9 milyard kub metr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 138,1 milyard kub metrə yaxını ixraca nəql edilib.

6 ay ərzində ölkədə təxminən 15,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Respublika üzrə neft hasilatının 9,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 12,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 11,3 milyon tonu konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2023-cü il tarixinədək 618,4 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 576 milyon ton neft, “Şahdəniz”dən isə təqribən 42,4 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 1 iyul 2023-cü il tarixinədək təqribən 616,5 milyon tonu ixraca nəql edilib.

Cari ilin yanvar-iyun aylarında ölkədə neftin emalı 3,1 milyon ton təşkil edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.