![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Avropa Yenidənqurma və İnkişaf Bankına üzvlük müraciəti təsdiqlənib. İnvestisiya bankının idarə heyəti tərəfindən təsdiq qərarı verilməsi ilə BƏƏ bankın 72-ci səhmdarına çevrilib.
BƏƏ tərəfindən üzvlük ilə bağlı ilk müraciət 2020-ci ilin sentyabr ayında AYİB-ə təqdim edilsə də, bu barədə idarə heyətinin ilkin baxış prosesi cari ilin yanvar ayına təsadüf edib.
Yaxın gələcəkdə, BƏƏ və AYİB-in Tunis, Mərakeş, İordaniya, Livan, Misir kimi Aralıq dənizi regionu ölkələrində ortaq layihələrinin həyata keçirilməsi proqnozlaşdırılır.