Home » Birləşmiş Millətlər Təşkilatı humanitar yardımlar üçün rekord həcmdə, 51.5 milyard dollar axtarır

Birləşmiş Millətlər Təşkilatı humanitar yardımlar üçün rekord həcmdə, 51.5 milyard dollar axtarır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Birləşmiş Millətlər Təşkilatı (UN) 2023-cü ildə humanitar yardımlar üçün rekord həcmdə, 51.5 milyard dollar axtarır, bu isə təşkilatın tarixində ən yüksək rəqəm hesab edilir. 

BBN.az DW News TV proqramına istinadən xəbər verir ki, vəsaitin bir çox böhranlar üçün istifadə edilməsi nəzərdə tutulur, bura davam edən Ukrayna müharibəsinin fəsadlarını aradan qaldırmaq və s. daxildir. 

UN-dən bildirilib ki, 2023-cü ildə 339 milyon insanın humanitar yardıma ehtiyacı olacaq, bu isə ümumi dünya əhalisinin 4%-dən çoxu deməkdir. UN-nin koordinatoru Martin Griffiths açıqlamasında deyib ki, təşkilatın maliyyələşdirilməsində bir problem yoxdur, sadəcə olaraq humanitar yardıma ehtiyacı olan insanların sayı artıb: “Ukrayna müharibəsi, COVID, iqlim dəyişikliyinin fəsadları” və s. bura daxildir”. 

Martin Griffiths qeyd edib ki, o ümid edir ki, 2023-cü il birlik ili olacaq, çünki 2022-ci il əziyyət ili olub. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.