Home » Bitcoin ən effektiv aktiv seçilib

Bitcoin ən effektiv aktiv seçilib

by bbnadm
0 comments 0 views 1 minutes read

Bazar araşdırması şirkəti “Fundstrat” 2020-ci ilin ən effektiv və gəlirli aktivlərinin hesabatını tərtib edib. Hesabatı şirkətin araşdırmalar üzrə direktoru Thomas Lee “Twitter” hesabından paylaşıb. Hesabatda, 2019-cu ildə olduğu kimi, 2020-ci ildə də ən effektiv aktiv seçilib. Belə ki, sözügedən kriptovalyuta ilin əvvəlindən 39%-lik yüksəlişə nail olub.

20 il və ya daha uzun ödəmə tarixi  olan ABŞ xəzinə istiqrazları 21.1%-lik artım ilə siyahıda ikinci yerdə qərarlaşıb. Qızıl aktivi 12.5%-lik artım ilə ən effektiv üçüncü aktiv seçilib. Ödəmə tarixi 20 ildən az olan ABŞ xəzinə istiqrazları 8.9% ilə dördüncü yerdə qərarlaşıb.

Məlumat üçün qeyd edək ki, təkcə son bir ayda Bitcoin kriptovalyutasının qiyməti 52% artaraq 6555 dollardan 9996 dollar səviyyəsinə yüksəlib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.