Home » Bitcoin 100 min səviyyəsini keçə bilər – PROQNOZ

Bitcoin 100 min səviyyəsini keçə bilər – PROQNOZ

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Kriptovalyutaların içində ən çox yayılanı və ən yüksək dəyərə malik olanı isə “Bitcoin” kriptovalyutasıdır. 2009-cu ildə Satoşi Nakomoto tərəfindən ilk dəfə yaradılan “Bitcoin” kriptovalyutası artıq bir çox ölkələrin diqqətini cəlb edib. Ümumilikdə isə, “bitcoin” ilə bağlı yanaşmalar fərqlidir.

Konqress kitabxanası tərəfindən tərtib edilən “Regulation of Cryptocurrency Around the World 2021” araşdırmasına istinadən, hazırda 50-dən çox ölkə kriptovalyutalara qadağa və ya məhdudlaşdırma tətbiq edilməsinə baxmayaraq, beynəlxalq investisiya bankı olan “Goldman Sachs” sözügedən kriptovalyuta ilə bağlı müsbət proqnozlar verib. “Goldman Sachs” son bir ayda 17.85%  dəyər itirən “bitcoin” kriptovalyutasının qiymətinin illik 17-18% artımla 2027-ci ilədək 100 min dolları ötəcəyini proqnozlaşdırıb.

“Rəqəmsal qızıl” adlandırılan bu valyutanın növbəti il ərzində investorlarına 60% həcmində gəlir gətirəcəyi ehtimal edilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.