Home » Bitcoin-in qiyməti zirvəyə çatdı – 22.000 dolları keçdi

Bitcoin-in qiyməti zirvəyə çatdı – 22.000 dolları keçdi

by bbnadm
0 comments 0 views 1 minutes read

Dünyanın ən böyük kriptovalyutası Bitcoin bazar günü Şərq vaxtı ilə səhər saat 09:45-də cüzi azalmadan əvvəl 20.000 dolları keçib və 22.341 dollar olub. Bu isə ABŞ-ın inflyasiya ilə bağlı yeni data-larının açıqlanması və Bitcoin-dən sonra əsas kripto Ethereum-un təkmilləşdirilməsi ərəfəsində baş verib.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, bu haqda CoinDesk data-larında bildirilib. Bu gün, bazar ertəsi isə Bitcoin səhər Şərq vaxtı ilə 4:03-də 22.203 dollara ticarət edilib.

Çərşənbə günü bitcoin-in qiyməti 19.000 dollardan aşağı enib, bu isə iyundan bəri ən aşağı rəqəm idi, ancaq sonradan nə az nə çox düz, 17% dəyər əldə edib.

Kriptoların qiymətində artım isə ABŞ-ın səhm bazarında yüksəliş ilə əlaqəlidir. Bitcoin əsasən texnologiya ağırlıqlı səhm bazarını (Nasdaq-ı) yaxından izləyir, sektor yüksəlişə keçəndə xüsusilə Nasdaq daha da artır.

Kriptolar risk faktoru yüksək olan sahədir. Noyabr ayında özünün ən yüksək qiymətindən sonra kripto bazarından 2 trilyon dollar azalıb, bu il isə bitcoin 50% enib.

Analitiklər isə deyirlər ki, bitcoinin qiyməti bu həftə vacib hesabatların açıqlanmasına reaksiya verəcək.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.