Home » Bitcoin və Ethereum bahalaşır

Bitcoin və Ethereum bahalaşır

by Zeyneb
0 comments 2 views 1 minutes read

Kapitallaşmasına görə dünyanın iki ən böyük kriptovalyutası olan BitcoinEthereum artım nümayiş etdirir.

Bakı vaxtı ilə saat 07:34-ə olan məlumata görə, Bitcoin 2,08 % bahalaşaraq 93,032 min ABŞ dolları, Ethereum isə 1,57 % artaraq 3,192 min ABŞ dolları səviyyəsində ticarət olunub.

CoinMarketCap-in yanvarın 5-nə olan məlumatına əsasən, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 3,17 trilyon ABŞ dolları təşkil edib. Bunun 1,856 trilyon ABŞ dolları (58,7 %) Bitcoin-in, 384,805 milyard ABŞ dolları (12,2 %) isə Ethereum-un payına düşür.

Coinglass platformasının məlumatına görə, son 24 saat ərzində dünya üzrə kriptobirjalarda 92 mindən çox treyderin mövqeləri ümumilikdə 251,79 milyon ABŞ dolları məbləğində ləğv edilib. Ləğvetmələrin böyük hissəsi Bitcoin-in payına düşüb. Belə ki, 49,83 milyon ABŞ dolları uzun mövqelər, 202,01 milyon ABŞ dolları isə qısa mövqelər üzrə ləğv edilib.

Son sutka ərzində ən böyük ləğvetmə Binance kriptobirjasında ETHUSDT cütü üzrə 3,27 milyon ABŞ dolları həcmində qeydə alınıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.