Home » Bitki mühafizə tədbirləri çərçivəsində özəl şirkətlə əməkdaşlıq genişləndirilir

Bitki mühafizə tədbirləri çərçivəsində özəl şirkətlə əməkdaşlıq genişləndirilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu özəl şirkətlərlə əməkdaşlığı genişləndirir. Bu məqsədlə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə “HH GROUP”un nümayəndələri arasında görüş keçirilib. Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib və toxum, pestisid, gübrə, kənd təsərrüfatı maşınları və avadanlıqlarının təchizatı,  yeni  texnologiyaların nümayişi və fermerlərə texniki dəstək sahəsində maarifləndirilmə işlərinin görülməsi qərara alınıb

İnstitutda gedən tədqiqat işləri ilə yaxından tanış olan şirkət nümayəndələri kənd təsərrüfatı məhsulları istehsalçılarının üzləşdiyi əsas çətinliklərin bitki mühafizəsi ilə bağlı olduğunu qeyd ediblər. Görüş iştirakçıları bu istiqamətdə birgə səylərin birləşdirilməsinin səmərəli nəticələr verəcəyini vurğulayıblar.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov bildirib ki, institutda işçi qrupu yaradılacaq və şirkət əməkdaşları ilə birgə fəaliyyət təmin olunacaq. Fəaliyyət çərçivəsində fermerlərin maarifləndirilməsi üçün birgə seminarların keçirilməsi, onlara mövsüm ərzində elmi dəstəyin göstərilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.