Home » Bitkoin 2025-ci ili necə başa vuracaq?

Bitkoin 2025-ci ili necə başa vuracaq?

by yunus
0 comments 1 views 1 minutes read

Dünyanın ən böyük kriptovalyutası olan bitkoin üçün 2025-ci il həm yeni rekordlarla, həm də kəskin enişlərlə yadda qalıb, lakin kriptovalyuta hazırda 2022-dən bəri ilk dəfə ili mənfi zonada bağlama riski ilə qarşı-qarşıyadır.

BBN.az xəbər verir ki, səhmlərlə korrelyasiya güclənir.

Qlobal bazarlarda tariflər, faiz dərəcələri və süni intellekt balonu qorxuları dalğalanmaya səbəb olarkən, analitiklər bitkoinin artıq ənənəvi səhmlər bazarının sentimentinə daha həssas reaksiyalar verdiyini bildirirlər.

“Wintermute” strateqi Cesper De Maere 2025 boyunca bitkoinin geniş səhmlər indeksləri ilə paralel hərəkət etdiyini vurğulayıb.

Oktyabrdakı zirvədən sonra ən böyük likvidasiya dalğası

Bitkoin oktyabrın əvvəlində 126 min dolları aşaraq tarixinin ən yüksək səviyyəsinə yüksəlsə də, Donald Trampıın Çin idxalına yeni tarif açıqlamasından sonra:

  • Bazarlar sərt şəkildə çökmüş,
  • 19 milyard dollardan çox leverecedilmiş kripto mövqeyi likvidasiya olunmuşdur — bu, kripto tarixində ən böyük göstəricilərdən biridir.

80 min dolların altında bağlanma ehtimalı 15%-ə düşüb

“Derive.xyz” platformasının məlumatına görə:

  • Bitkoinin ili 80 min dolların altında bağlama ehtimalı 15%-ə düşüb (əvvəl 20% idi).
  • Noyabr ayı isə 2021-ci ildən bəri ən böyük aylıq düşüşlə yadda qalıb.

Optimist proqnozlar da zərbə aldı

Kripto tərəfdarlarının gözləntiləri də sarsılıb:

  • “Michael Saylor”un “Strategy” şirkəti bitkoinin 2025-ci ildə 150 min dollar olacağını proqnozlaşdırmışdı.
  • “Standard Chartered” isə 2025 sonuna qədər 200 min dollar təxmin edirdi.

Qeyd edək ki, hazırda bitkoin 89.888 dollar ətrafında ticarət olunur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.