Home » “Biznesə daxilolma” işçi qrupunun iclası keçirilib

“Biznesə daxilolma” işçi qrupunun iclası keçirilib

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Yanvarın 31-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun video-konfrans formatında iclası keçirilib. İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlər müzakirə edilib. İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Yol Xəritəsi çərçivəsində 2022-ci ildə görülmüş işlər barədə məlumat verib. 

DVX-nın Dövlət qeydiyyatı baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva iclas iştirakçılarını Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlər üzrə hazırlanmış normativ hüquqi akt layihələrinin və digər tapşırıqların icra vəziyyəti barədə məlumatlandırıb. İclasda Yol Xəritəsinin “Xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası” bəndi üzrə görülmüş işlər və qarşıda duran vəzifələr diqqət mərkəzində olub. Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin qrup rəhbəri Leyla Bərxudarzadə Elektron Apostil Proqramına uyğun olaraq, elektron apostil verilmiş xarici mənşəli sənədləri müvafiq proqram vasitəsilə yoxlamaqla, onların tərcüməsinin informasiya sistemi üzərindən notarius tərəfindən distant qaydada rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin təşkili üzrə proseslər xəritəsinin hazırlanması, habelə bu sahədə mövcud imkanlar və həllini tələb edən məsələlər barədə məlumat verib. 

Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Vətəndaşlıq məsələləri şöbəsinin müdiri Ziya Fətəliyev Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqları tərəfindən “Elektron notariat” informasiya sistemi çərçivəsində leqallaşdırılmış sənədlərin elektron nüsxələrinin hazırlanaraq tərcümə üçün göndərilməsi və notarius tərəfindən rəsmiləşdirildikdən sonra müştərinin ünvanına çatdırılması xidmətinin təşkilinə dair proseslər xəritəsinin hazırlanması ilə bağlı görülməli işlər barədə danışıb. Qeyd olunub ki, bu məqsədlə proqram təminatının yaradılması müəyyən müddət və maliyyə resursları tələb edir. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azintelecom” MMC-nin Hüquq və sənədlərə nəzarət departamentinin direktoru Kaul Məmmədov elektron imza ilə təsdiq edilmiş xarici rəsmi sənədlərin dövriyyəsinin sadələşdirilməsi məqsədilə tətbiqi imkanları araşdırılan “Açıq açarlar infrastrukturu” barədə məlumat verib. 
Səlahiyyətləri çərçivəsində görüləcək işlərin sürətləndirilməsi işçi qrup üzvlərinin diqqətinə çatdırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.