Home » Biznes assosiasiyalarının fəaliyyətinin gücləndirilməsi yolları müzakirə edilib

Biznes assosiasiyalarının fəaliyyətinin gücləndirilməsi yolları müzakirə edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin iştirakı ilə biznes assosiasiyalarının fəaliyyətinin səmərəliliyinin artırılması, koordinasiyanın gücləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsinin müzakirəsinə həsr olunmuş onlayn görüş keçirilib.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, müasir texnologiyalar tətbiq edilməklə yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı sahəsində görülən işləri, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirlərini vurğulayıb. Nazir müavini dövlət-özəl sektor tərəfdaşlığının inkişafının, bu sahədə ASK ilə əməkdaşlığı genişləndirməyin əhəmiyyətini qeyd edib.

Dövlətin biznesin inkişafı üçün yaratdığı imkanları diqqətə çatdıran ASK prezidenti Məmməd Musayev iqtisadi inkişafda sahibkarlığın rolunu qeyd edib, dövlət başçısının xaricdə yaşayan azərbaycanlı iş adamlarını ölkəmizdə sərmayə qoymağa dəvət etdiyini vurğulayaraq ASK-nın 18 ölkədə xarici nümayəndələrinin fəaliyyət göstərdiyini, həmin nümayəndələr vasitəsilə Azərbaycana investisiya qoyuluşunu stimullaşdırmaq məqsədilə tədbirlər görüləcəyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər sahəvi assosiasiyaların fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflərini bildirib, müzakirələr aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.