Home » Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası keçirilmişdir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası keçirilmişdir.

by ulviyya
0 rəy 7 baxış 1 dəqiqə oxuma

26 iyul 2024-cü il tarixdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası keçirilmişdir.

Onlayn platforma qaydasında təşkil edilən iclasda Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, “Şəffaflıq-Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi, “Azercell”, “Azerconnect”, “NEQSOL” şirkətləri və digər qurumların nümayəndələri iştirak etmişlər.

İşçi qrupunun rəhbəri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyevin sədrliyi ilə keçirilmiş iclasda ilkin olaraq işçi qrupun müvafiq “Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı cari ilin birinci yarımili ərzində görülmüş işlər barədə çıxışlar həyata keçirilmişdir.

İclasın davamında vətəndaş cəmiyyəti institutları və özəl sektor nümayəndələri tərəfindən dövlət-biznes-vətəndaş cəmiyyəti dialoqunun genişləndirilməsi məsələləri ilə bağlı zəruri təkliflər irəli sürülmüş, habelə, qeyd olunan məsələlərə dair prosedurun sürətləndirilməsi məqsədilə yaradılmış tematik qrupun fəaliyyətinin nəzərdən keçirilməsi istiqamətində müvafiq işlərin görülməsi qərara alınmışdır.

Bildirilir ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupuna rəhbərliyi Azərbaycan Respublikasının Baş Prokurorluğu həyata keçirir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.