Home » Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupunun məlumatı

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupunun məlumatı

by ulviyya
0 rəy 1 baxış 2 dəqiqə oxuma

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupu fəaliyyətini Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin icrası üzrə uğurla davam etdirir.

Yol Xəritəsinin kommersiya işlərinə baxılması müddətləri ilə bağlı hesabatlılıq və hakimlərin gender faktoru üzrə statistik hesabatların verilməsi tədbirlərinin icrası ilə əlaqədar Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsi yenilənib.

Geniş auditoriyanın məhkəmə statistikası sahəsində məlumatlara əlçatanlığının təmin edilməsi məqsədi ilə İşçi Qrupun fəaliyyəti çərçivəsində məhkəmələr tərəfindən icraata daxil olmuş və həll olunmuş müxtəlif kateqoriyalı kommersiya işlərinin sayı barədə 2022 və 2023-cü illəri əhatə edən statistik məlumatlar Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsində “Daxil olmuş işlər (Incoming cases)” başlığı altında Ali Məhkəmə, apellyasiya instansiyası məhkəmələri və hər bir kommersiya məhkəməsi üçün ayrılıqda yerləşdirilib.

Bundan başqa icraata daxil olmuş və həll olunmuş müxtəlif kateqoriyalı kommersiya işlərinin bitmə əmsalı (clearance rate) və işlərə baxılma müddəti (disposition time) barədə 2022-2024-cü illəri əhatə edən statislik hesabatlar da hazırlanaraq Vahid Məhkəmə Portalının adıçəkilən bölməsində müvafiq olaraq “Clearence rate (İşlərin bitmə əmsalı)” və “Disposition time (Məhkəmə işinə baxılma müddəti)” başlıqları altında hər bir kommersiya məhkəməsi üzrə yerləşdirilib.

Həmin hesabat 2022-2024-cü illər üçün ayrı-ayrı rüblər üzrə göstəricililər şəklində də təsnifatlaşdırılıb.

Bununla yanaşı statistikanın hazırlanmasında əsas götürülmüş metodologiya da ictimaiyyətin məlumatlandırılması məqsədi ilə həmin bölmədə öz əksini tapıb.

Hakimlərin gender faktoru üzrə dəqiq statistik hesabatların verilməsi məqsədi ilə Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsində “Distribution of judges by gender (Hakimlərin cinsə görə bölgüsü)” başlığı altında birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri üzrə hakimlərin ümumi sayını və onlardan qadın və kişi hakimlərin bölgüsünü əhatə edən statistik məlumatlar yerləşdirilib.

Bu statistik məlumat Ali Məhkəmə və apellyasiya məhkəmələrinin kollegiyaları üzrə, habelə birinci instansiya məhkəmələri üzrə isə rayon (şəhər) məhkəmələri və ixtisaslaşdırılmış məhkəmələr olmaqla ayrılıqda təsnifatlaşdırılıb.

Hazırlanmış statistikaya cəmiyyətin müxtəlif kateqoriyalarının əlçatanlığının təmin edilməsi məqsədi ilə göstərilən bütün məlumatlar Portalda azərbaycan dili ilə yanaşı, ingilis dilində də yerləşdirilib.

Məlumat üçün qeyd edək ki, “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupuna rəhbərliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.