Home » “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı 2024-cü il üzrə Yol Xəritəsi”nin təqdimatı keçirilib.

“Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı 2024-cü il üzrə Yol Xəritəsi”nin təqdimatı keçirilib.

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

29 iyul 2024-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin inzibati binasında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun növbəti iclası keçirilib.

İclasda “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin təqdimatı  keçirilib. Həmçinin iclasda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin  yaradılması istiqamətində atılan addımlar və qarşıda duran prioritetlər” və işçi qrupun əvvəlki iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat verilib və müzakirələr aparılıb.

Özəl sektor nümayəndələrinin də iştirak etdiyi görüşdə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun fəaliyyət istiqamətləri və bu kontekstdə qarşıda duran əsas hədəflər barədə ümumi məlumat verilib.

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov çıxışında “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili məqsədilə diaqnostika matrisasının hazırlandığını diqqətə çatdırıb.

İclasda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova çıxış edərək bildirib ki, yeni Yol Xəritəsinin icrası çərçivəsində özbaşına tikintilərlə bağlı mövcud vəziyyətin nizamlanmasını, daşınmaz əmlakın bazar qiymətləri üzrə məlumat bazasının yaradılmasını, üçüncü şəxsə məxsus torpaq sahəsində tikintisinə icazə verilmiş daşınmaz əmlak obyekti sahiblərinin torpaq mülkiyyətçiləri ilə münasibətlərini tənzimlənməsini və digər mühüm məsələləri nəzərdə tutan normativ layihələrin hazırlanması təmin olunacaqdır.

İclasın sonunda Yol Xəritəsi üzrə tədbirlərin vaxtında, keyfiyyətlə və mahiyyəti üzrə icra edilməsinin vacibliyi vurğulanıb.

Məlumat üçün qeyd edək ki, Komissiyanın “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.