Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ilə qədər Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.
BBN.az xəbər verir ki, bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.
BMT 2024-cü il üzrə Azərbaycanda ümumdaxili məhsulun artımını (ÜDM) 2,6%, 2025-ci ildə isə 2,8% səviyyəsində proqnozlaşdırıb. Hesabata əsasən, 2023-cü il üzrə Azərbaycanda iqtisadi artım 0,7% təşkil edib.
BMT-nin proqnozlarına əsasən 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,9%-dək, 2025-ci ildə isə 3,9%-dək azalacaq. Təşkilat ötən il üzrə inflyasiya proqnozunu 9,5% müəyyən edib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 0,8%, inflyasiya isə 9,4% təşkil edib.
Trend