Home » BMT ilə əməkdaşlığın prioritetləri müzakirə olunub

BMT ilə əməkdaşlığın prioritetləri müzakirə olunub

by Aytac
0 comments 0 views 1 minutes read

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın gündəliyində duran əsas prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi”nin icrası, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) monitorinqinin gücləndirilməsi məqsədilə DİM-lərin Milli İzləmə Sistemi vasitəsi ilə Azərbaycan üzrə prioritetlərin ölçülməsi, habelə regionlar üzrə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi məsələlərini müzakirə ediblər. Bu istiqamətlər üzrə BMT-nin ixtisaslaşmış qurumları ilə birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat naziri səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan Respublikası Hökuməti arasında yüksək səviyyəli tərəfdaşlığın və səmərəli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Vladanka Andreyevaya təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.