Home » BMT-nin ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqi imkanları müzakirə edilib

BMT-nin ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqi imkanları müzakirə edilib

by bbnadm
0 comments 0 views 1 minutes read

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Banklar Assosiasiyası, BMT-nin Ətraf Mühit Proqramı və Türkiyənin Yapı Kredi Bankının təşkilatçılığı ilə görüş keçirilib. Görüşdə qeyd edilən qurumların səlahiyyətli nümayəndələri ilə yanaşı, Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının təmsilçiləri də iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd məsuliyyətli bank işi prinsipləri, məsuliyyətli investisiya prinsipləri və BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə bağlı fikir mübadiləsinin aparılması və bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda fəaliyyət göstərən banklarda tətbiqi imkanlarının müzakirəsi olub.

Görüşdə BMT-nin Ətraf Mühit Proqramının Maliyyə İnstitutları Prinsipləri ilə bağlı təqdimat həyata keçirilib və həmin prinsiplərin kommersiya banklarının əməliyyatlarına inteqrasiyası ilə bağlı fikirlər səsləndirilib. Yapı Kredi Bankın müvafiq sahədə təcrübəsi dinlənilib, eləcə də beynəlxalq praktikada istifadə edilən alətlərin tətbiqi imkanları müzakirə olunub.

Tədbir zamanı banklar BMT-nin ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqi mərhələləri ilə bağlı məlumatlandırılıb.

Yekun olaraq, görüş iştirakçıları Məsuliyyətli bank prinsiplərinin tətbiqi ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi istiqamətində razılığa gəliblər.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.