Home » BOKT “Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

BOKT “Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Embafinans” QSC-nin istiqrazları 15 iyul 2020-ci il tarixində standart bazar seqmentində listinqə daxil edilmişdir.

Listinqə alınan istiqrazların yerləşdirilməsi 17 iyul tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Təqdim oluna biləcək sifarişin aşağı həddi istiqrazın nominal dəyərinə uyğun olaraq 1 000 (bir min) AZN təyin edilmişdir.

        Ümumi həcmi 1 500 000 (bir milyon beş yüz min) manat olan istiqrazlarının tədavül müddəti 1 (bir) təqvim ilidir (365 gün) və illik faiz dərəcəsi 11% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq  1 (bir)  təqvim  ayından bir ödəniləcəkdir.

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıHərrac tarixiİstiqrazların nominal qiyməti
AZ2006020609Faizli təmin edilməmiş1 500(ədəd)17.07.20201000 AZN

İstiqrazların emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC -dir.

 Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.