Home » BOKT “Falcon Finance” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

BOKT “Falcon Finance” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

27 fevral 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Falcon Finance” MMC -nin ümumi dəyəri 700,000 (yeddi yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

13 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında BOKT “Falcon Finance” MMC -nin ümumi dəyəri 700,000 (yeddi yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi  birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-dir

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiTədavül müddəti    Hərrac tarixiKupon faizlərinin ödəniş müddəti
AZ2001025322Faizli təmin edilməmiş sənədsiz adlı700 (ədəd)1,000 manat14 %1 təqvim ili  . 13.04.2023Hər 30 təqvim günündən bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.