Home » Bölgələrdə yeni peşə tədrisi mərkəzləri yaradılır

Bölgələrdə yeni peşə tədrisi mərkəzləri yaradılır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə hazırlığı mərkəzləri şəbəkəsinin respublikamızın regionları üzrə genişləndirilməsi işləri bu il daha üç rayonda davam etdiriləcək.

Belə ki, nazirliyin 2020-ci il üzrə planına əsasən, Bərdə, Quba və Şəki rayonlarında peşə tədrisi mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşlar üçün müasir tələblərə uyğun peşə hazırlığı infrastrukturunun formalaşdırılması, bu sahədə xidmətin keyfiyyətinin və bölgədə yaşayan müvafiq şəxslərə əlçatanlığının artırılmasıdır.

Peşə hazırlığı şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi işləri çərçivəsində ötən il nazirlik Gəncə şəhərində də Peşə Hazırlığı Mərkəzini istifadəyə verib. İl ərzində həmin mərkəzdə Gəncə şəhəri və ətraf rayonlar üzrə 900 nəfərin peşə hazırlığının təşkili nəzərdə tutulur.

 Xatırladaq ki, son bir ildə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 3200-ə yaxın işsiz və işaxtaran vətəndaş peşə hazırlığı kurslarına cəlb edilib. Cari ildə bu rəqəmin 5 minə çatdırılması planlaşdırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.