Home » Bolqarıstanın nüfuzlu şəbəkəsi: Azərbaycan regional geopolitikanı müəyyənləşdirir

Bolqarıstanın nüfuzlu şəbəkəsi: Azərbaycan regional geopolitikanı müəyyənləşdirir

by bbnadm
0 comments 0 views 1 minutes read

Bolqarıstanın nüfuzlu onlayn şəbəkəsi – Cross.bg “Azərbaycan regional geopolitikanı müəyyənləşdirir” (Азербайджан преобразява регионалната геополитика) mövzusunda bolqar dilində analitik məqalə dərc edib. Məqalənin müəllifi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı yazıb ki, Azərbaycan BMT qətnamələrinə uyğun öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yeni geosiyasi reallıq formalaşdırıb.

  Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin üzərində yerləşməklə regionda davamlı inkişafa töhfə verir. Bir tərəfdən “yumşaq güc”, digər tərəfdən isə siyasi, iqtisadi və hərbi üstünlüyü Azərbaycanı regionun aparıcı qüvvəsinə çevirib. Ermənistanın 30 illik işğal siyasətinə son qoyulmaqla regionda yeni layihələrin, o cümlədən, Naxçıvan üzərindən Aralıq dənizi və Xəzər dənizi hövzələrini birləşdirən “həyat yolu”nun reallaşdırılması yeni inkişaf perspektivləri vəd edir.

V.Qasımlı məqalədə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan strateji yol xəritələrini və çevik idarəetməni uğurla reallaşdırıb. Prezident İlham Əliyevin 2020-ci ildə “Biz birlikdə güclüyük!” və “Qarabağ Azərbaycandır!” çağırışları cəmiyyətin bütün təbəqələrini vahid amal ətrafında birləşdirərək müzəffər qələbəyə aparıb.

Cross.bg şəbəkəsində “Azərbaycan regional geopolitikanı müəyyənləşdirir” mövzusunda məqalə ilə bu linkdən tanış olmaq mümkündür: https://bit.ly/3m1LExM 

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.