Home » Böyük Britaniya iqtisadiyyatı kiçilib

Böyük Britaniya iqtisadiyyatı kiçilib

by bbnadm
0 comment 0 views 1 minutes read

Koronavirus pandemiyasının təsirləri nəticəsində 2020-ci ilin birinci rübündə Böyük Britaniyanın ÜDM göstəricisi ötən rübə nisbətdə 2% kiçilib. Bu barədə, ölkənin rəsmi statistika qurumu ONS məlumat yayıb. Qeyd edək ki, proqnozlar iqtisadi artımın -2.5% səviyyəsində olması istiqamətində idi.

Aylıq olaraq nəzər saldıqda isə, mart ayında açıqlanan ÜDM göstəricisinin fevral ayına nəzərən 5.8% gerilədiyini müşahidə edə bilərik. Aylıq olaraq ÜDM artımı göstərici isə 8%-lik kiçilmə olaraq proqnozlaşdırılıb.

Böyük Britaniyada birinci rüb üzrə sənaye istehsalı bir öncəki rüblə müqayisədə 2.9%, ötən ilin müvafiq rübü ilə müqayisədə isə 4.9% geriləyib. Mart ayının sənaye istehsalı göstəricisi isə fevral ayına nisbətdə 4.2% azalıb.

Pandemiya digər sahələrə də təsirsiz ötüşməyib. Fevral ayına nisbətdə mədənçıxarma sənayesi 11.5%, energetika sektoru 1.5%, tikinti sektoru 5.9%, kənd təsərrüfatı 0.2%, xidmət sektoru 6.2%, təhsil sektoru 4%, yeyinti sektoru 7.3% geriləyib. Ölkədə mart ayında yeganə artım başlıca dərman preparatlarının istehsalında (+9.2%) müşahidə edilib.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.