Böyük Britaniyanın ən qədim müstəqil iqtisadi tədqiqat institutu olan Milli İqtisadi və Sosial Tədqiqatlar İnstitutunun (NIESR) iqtisadçıları Britaniya iqtisadiyyatının ötən ilin ikinci yarısında tənəzzülə uğrayacağını proqnozlaşdırır.
BBN.az xəbər verir ki,iqtisadiyyatın keçən il cəmi 0,3 faiz artdığı təxmin edilsə də, ölkədə iqtisadi artımın ortamüddətli perspektivdə zəif qalacağı gözlənilir.
Britaniya iqtisadiyyatının bu il 0,9 faiz artacağı təxmin edilir. Yaxın Şərqdəki geosiyasi gərginlik səbəbindən nəqliyyat xərclərinin və neft qiymətlərinin artması iqtisadi artım üçün aşağı, inflyasiya üçün isə yüksəlmə riski yaradır.