![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Avropanın ən böyük iqtisadiyyatlarından olan Böyük Britaniyada istehlak qiymətləri indeksi sürətlə artmağa davam edir. Belə ki, Milli Statistika Ofisinin (ONS) yaydığı məlumata istinadən, yanvar ayı üzrə istehlak qiymətləri indeksi bir əvvəlki ay ilə müqayisədə artım göstərərək, 5.5% səviyyəsinə qədər yüksəlib.
Yerli iqtisadçılar inflyasiyanın 5.4% səviyyəsindən aşağı olacağı ilə proqnozlar versə də, göstərici son 30 ilin ən yüksək səviyyəsində qərarlaşıb. Sonuncu dəfə, 1992-ci ilin mart ayında 7.1%-lik rekord inflyasiya göstəricisi qeydə alınıb.
Hazırda, inflyasiya göstəricisinin stabilləşməsi üçün yeganə yol olaraq İngiltərə Mərkəzi Bankının uçot faiz dərəcəsini 0.75%-ə yüksəltməsi göstərilir. Əks təqdirdə, ekspertlər göstəricinin aprel ayında 7% səviyyəsini ötüb keçəcəyini proqnozlaşdırır.