Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Böyük Britaniyada inflyasiya rekord həddə çatıb

Böyük Britaniyada inflyasiya rekord həddə çatıb

Avropanın ən böyük iqtisadiyyatlarından olan Böyük Britaniyada istehlak qiymətləri indeksi sürətlə artmağa davam edir. Belə ki, Milli Statistika Ofisinin (ONS) yaydığı məlumata istinadən, yanvar ayı üzrə istehlak qiymətləri indeksi bir əvvəlki ay ilə müqayisədə artım göstərərək, 5.5% səviyyəsinə qədər yüksəlib.

Yerli iqtisadçılar inflyasiyanın 5.4% səviyyəsindən aşağı olacağı ilə proqnozlar versə də, göstərici son 30 ilin ən yüksək səviyyəsində qərarlaşıb. Sonuncu dəfə, 1992-ci ilin mart ayında 7.1%-lik rekord inflyasiya göstəricisi qeydə alınıb.

Hazırda, inflyasiya göstəricisinin stabilləşməsi üçün yeganə yol olaraq İngiltərə Mərkəzi Bankının uçot faiz dərəcəsini 0.75%-ə yüksəltməsi göstərilir. Əks təqdirdə, ekspertlər göstəricinin aprel ayında 7% səviyyəsini ötüb keçəcəyini proqnozlaşdırır.

Related posts

ABŞ bankları FED-in stres testləri üçün yeni qanun layihəsindən ümid gözləyir

Dolların qlobal hegemonluğu: FED-in faiz artımı gözləntiləri valyuta bazarlarını hərəkətə keçirib

Neft bazarlarında eniş: Hürmüz Boğazında axınların normallaşması qiymətləri müharibəöncəsi səviyyəyə qaytarıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı