Oktyabrda Böyük Britaniyada illik inflyasiya kəskin enməklə son 2 ilin ən aşağı səviyyəsinə çatıb, buna səbəb isə aşağı enerji qiymətləridir.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, istehlakçı qiymətlərinin artımını izləyən inflyasiya oktyabrda 4.6%-ə enib və bir ay öncəki 6.7%-dən aşağı düşüb.
Qeyd edək ki, iqtisadçılar isə bildirirlər ki, inflyasiyanın 2022-ci ilin oktyabrında qeydə alınan 11.1%-dən enməsinin əsas səbəbi isə enerji qiymətlərinin ötən ay aşağı olması ilə əlaqəlidir. Hazırda Mərkəzi Bankın faiz dərəcəsi 5.25-dir və 15 ilin ən yüksək səviyyəsindədir, həmçinin bu isə ipoteka faiz dərəcələrini daha yüksəkdə saxlayır.