“Böyük Britaniyanın bankçılıq sistemi təhlükəsiz və yaxşı vəziyyətdədir”

ABŞ-da 2 regional bankın iflasından və İsveçrənin beynəlxalq investisiya bankı Credit Suisse-yə maliyyə yardımından sonra Böyük Britaniyanın Mərkəzi Bankının (Bank of England) rəhbəri Andrew Bailey BBC-yə müsahibəsində deyib ki, o, inanır ki, ölkənin (Böyük Britaniyanı nəzərdə tutur-red.) bank sistemi təhlükəsiz və yaxşı vəziyyətdədir.

“İnsanların etibar edə biləcəyi banklarımız var, bu isə vacibdir. Gəlin, düzünü deyək ki, ölkədə belə bir vəziyyətin olmadığı vaxtda bir çox qlobal problemlər ilə üzləşməli oldum”, – deyə Bank rəhbəri əlavə edib.

O, həmçinin ölkədə iqtisadi tənəzzül riskinin olduqca azaldığını və iqtisadi artım perspektivlərinin indi daha yaxşılaşdığını əlavə edib.

Related posts

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini dəyişmədi

ABŞ “VTB Bank”ın Avropadakı törəməsini sanksiyalardan çıxarıb

Microsoft Teams və Office tədbiqlərini ayrı-ayrı satacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı