Böyük Britaniyanın Mərkəzi Bankının rəhbəri xəbərdarlıq edib

Böyük Britaniyanın Mərkəzi Bankının (Bank of  England) rəhbəri Andrew Bailey BBC-yə müsahibəsində qiymətləri yüksəldən firmalara xəbərdarlıq edib və əlavə edib ki, bu insanlara ziyan vurur.

BBN.az xəbər verir ki, o deyib ki, əgər onlar inflyasiya amilini nəzərə alaraq belə bir addım atırlarsa, bu o deməkdir ki, Mərkəzi Bank da yüksək qiymətlər ilə mübarizə aparmaq üçün faiz artımı siyasətini davam etdirəcək: “Həqiqətən də, başa düşmək lazımdır ki, yüksək inflyasiya heç kimə fayda gətirmir”, – deyə Bank rəhbəri deyib.

O, isə bu açıqlamanı Bank-ın sonuncu faiz artımı qərarından (hazırda 4.25%) bir gün sonra edib və bu zaman faizlər son 14 ilin ən yüksək səviyyəsinə çatmışdı. Bundan sonra isə ötən ay qiymətlər gözlənilməz dərəcədə artmışdı. 

Qeyd edək ki, Böyük Britaniya da daxil olmaqla, dünyada ərzaq və enerji qiymətlərinin yüksəlməsi ailələri büdcələrini sıxmağa məcbur edib. 

Related posts

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini dəyişmədi

ABŞ “VTB Bank”ın Avropadakı törəməsini sanksiyalardan çıxarıb

Microsoft Teams və Office tədbiqlərini ayrı-ayrı satacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı