![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
“Böyük Britaniya hökumətinin “vergi endirimləri” ilə bağlı U dönüşü inflyasiya ilə mübarizə aparmağa kömək olacaq”.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu haqda International Monetary Fund-dan (IMF) bildirilib.
Bu bəyanat isə sentyabrda IMF-nin hökumətin vergi endirimləri ilə bağlı planını tənqid etməsindən sonra gəlib. Ötən ay isə maliyyə institutu tərəfindən qeyd edilmişdi ki, vergi endirimi planı qeyri-bərabərliyi artıracaq və qiymətlərin yüksəlməsi üzərində təzyiq yaradacaq. Xəbərdarlıq edərək əlavə etmişdi ki, yeni plandan sonra qiymətlərin artımı ölkədə daha pis olacaq.
Qeyd edək ki, bazar ertəsi günü yeni Maliyyə naziri Jeremy Hunt hökumətin vergi endirimləri ilə bağlı dramatik U dönüşü edib. Vergi endirimi planı isə sabiq nazir Kwasi Kwarteng-ə və Baş nazir Liz Truss-a aid idi. Daha sonra isə Baş nazir etdiyi səhvini qəbul edərək, üzr istəmiş və növbəti seçkilərə qədər vəzifəsini icra edərək, ölkəyə xidmət edəcəyini qeyd etmişdi.