Home » BP Gəncə universitetlərindən seçilmiş 70 müəllim üçün yeni layihəyə başlayıb

BP Gəncə universitetlərindən seçilmiş 70 müəllim üçün yeni layihəyə başlayıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

BP şirkəti və tərəfdaşları Gəncə universitetlərindən seçilmiş 70 müəllim üçün ingilis dili biliklərini təkmilləşdirməyə və innovativ tədris bacarıqlarını inkişaf etdirməyə yönəlmiş yeni təhsil layihəsinə başlayıb.

BP və tərəfdaşlarının yerli universitetlərlə sıx əməkdaşlığının bir hissəsi olan bu layihə ölkədə tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetlərin potensialının artırılması səylərini dəstəkləyəcək.

Layihənin ümumi məqsədi müəllimlərin ingilis dili biliklərini təkmilləşdirməklə və onları yeni tədris metodologiyaları ilə təmin etməklə Gəncənin ali təhsil müəssisələrində tədrisin keyfiyyətini artırmaqdır.

Kursun əvvəlində layihə iştirakçılarının fiziki iştirakını nəzərdə tutan və Gəncədə təşkil ediləcək ikigünlük seminar istisna olmaqla, təlim proqramı bütövlüklə onlayn rejimdə həyata keçiriləcək.

İngilis dili üzrə təlimlər müəllimlərin hər dörd bacarığının – yazı, danışıq, oxuma və dinləmə bacarıqlarının təkmilləşdirilməsinə yönəldiləcək. Bundan əlavə, proqram layihə iştirakçılarını yeni tədris üsulları və metodları ilə təmin edəcək ki, bu da müəllimlərin dərslərdə daha effektiv olmasına kömək edəcək və bununla da onların ümumi peşəkar inkişafına töhfə verəcək.

Layihənin başlanması münasibətilə dünən Azərbaycan Dövlət Aqrar Universitetində tədbir keçirilib. Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz deyib: “İnanırıq ki, bu yeni layihə Azərbaycanda ingilis dili tədrisinin keyfiyyətini və potensialını daha da yaxşılaşdırmağa kömək edəcək. Bu təşəbbüs BP və tərəfdaşlarının bundan öncə Gəncə şəhərinin orta məktəbləri üçün həyata keçirdikləri oxşar məqsədli təhsil proqramının davamıdır.

Eyni zamanda, yeni layihə daha geniş iştirak və məzmun imkanları təklif edir. İngilis dili müəllimlərindən əlavə, digər fənn müəllimləri də layihəyə qatılacaq və beləliklə, onlar da öz tədris bacarıq və metodologiyalarını təkmilləşdirərək layihədən faydalanacaqlar. Hamıya məlumdur ki, uğurlu olmaq üçün yalnız mükəmməl ixtisas bilikləri yetərli deyil. Buna görə də biz yalnız ingilis dili biliklərinin təkmilləşdirilməsini deyil, tədrisin daha geniş aspektlərinə diqqət etməklə layihənin əhatə dairəsini genişləndirmək qərarına gəldik”.

Layihə üzrə işlər bir il ərzində, 2024-cü ilin aprel ayınadək davam edəcək.

“British Council” təşkilatı tərəfindən yerinə yetirilən bu layihənin dəyəri təxminən 150 min manat (88 min ABŞ dolları) təşkil edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.