0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli arasında görüş keçirilib.
Görüşdə yerli bizneslərin inkişafına dəstək sahəsində əməkdaşlıq, bu istiqamətdə KOBİA ilə birgə layihələrin icrası imkanları və sosial sahibkarlıq təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb.