Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
bp və tərəfdaşları Azərbaycanda sosial layihələrə 115 milyon dollardan çox vəsait xərcləyib - BBN

bp və tərəfdaşları Azərbaycanda sosial layihələrə 115 milyon dollardan çox vəsait xərcləyib

bp və tərəfdaşlarının Azərbaycanda həyata keçirdiyi sosial layihələrə yönəltdiyi investisiyaların həcmi 115 milyon ABŞ dollarını ötüb.

BBN.az bp-yə istinadən xəbər verir ki, şirkət fəaliyyətə başladığı dövrdən bu günə qədər özü və əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədə müxtəlif sosial sərmayə təşəbbüslərinə ümumilikdə 115 milyon ABŞ dollarından çox vəsait ayırıb.

Məlumatda qeyd olunub ki, bp artıq 34 ildir Azərbaycanda neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri enerji layihələrinin operatoru kimi fəaliyyət göstərir.

Şirkət həmçinin bildirib ki, bu müddət ərzində tərəfdaşları ilə birlikdə Azərbaycanda həyata keçirdiyi layihələrə yatırdığı investisiyaların ümumi həcmi 89 milyard ABŞ dollarını keçib.

Related posts

BVF Türkiyə üzrə 2026-cı il iqtisadi artım proqnozunu 2,9%-ə endirdi

Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verd

“bp” Azərbaycanda fəaliyyətini növbəti 25 ildə də davam etdirmək istəyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı