Home » “BP”nin mənfəəti üçüncü rübdə kəskin azaldı

“BP”nin mənfəəti üçüncü rübdə kəskin azaldı

by yunus
0 comment 1 views 1 minutes read

Dünyanın ən böyük neft şirkətlərindən biri olan “British Petroleum”un (BP) mənfəəti üçüncü rübdə 30% azalaraq 2,3 milyard dollar təşkil edib.

BBN.az xəbər verir ki, bu, dörd ilin minimumu hesab edilir.

Şirkətin ilin üçüncü rübü üzrə açıqladığı maliyyə nəticələrinə əsasən, dünyada iqtisadi aktivliyin azalması və xüsusilə Çində neftə tələbatın zəifləməsi BP-nin üçüncü rübdəki mənfəətinə mənfi təsir göstərib.

BP-nin ilin üçüncü rübündə mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz azalaraq 2,3 milyard dollara çatıb. Şirkət bu ilin ikinci rübündə 2,8 milyard dollar, keçən ilin üçüncü rübündə isə 3,3 milyard dollar mənfəət əldə edib.

Şirkətin bu ilin üçüncü rübündəki performansı 2020-ci ilin son rübündən bəri ən zəif rüblük göstərici kimi qeydə alınıb.

BP həmçinin növbəti üç ay ərzində 1,75 milyard dollar dəyərində səhmləri geri alacağını açıqlayıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.