0
Dünya bazarlarında neftin qiymətləri açıqlanıb.
BBN.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,39% azalaraq 1 barrelə görə 74,59 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barrelinin qiyməti isə 0,21% enərək 1 barrelə görə 71,80 ABŞ dolları təşkil edib.