1
Dünya bazarlarında neft ucuzlaşıb.
BBN.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,14% azalaraq 1 barrelə görə 77,09 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barrelinin qiyməti isə 0,44% azalaraq 1 barrelə görə 74,04 ABŞ dolları təşkil edib.