3
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 1.19% azalaraq 1 barrelə görə 78,10 ABŞ dolları təşkil edib.
BBN.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barrelinin qiyməti isə 1.24% azalaraq 1 barrelə görə 74,62 ABŞ dolları olub.