1

Dünya bazarlarında neft bahalaşıb.
BBN.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,13% bahalaşaraq 1 barrelə görə 79,65 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barrelinin qiyməti isə 0,09% artaraq 1 barrelə görə 75,60 ABŞ dolları təşkil edib.




