1
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 3.72% azalaraq 1 barrelə görə 74.58 ABŞ dolları təşkil edib.
BBN.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barrelinin qiyməti isə 3.74% azalaraq 1 barrelə görə 71.07 ABŞ dolları olub.