Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI (Qərbi Texas) xam neftinin 1 barrel-ə görə qiyməti 0.37 dollar, yaxud 0.46% azalaraq 79.72 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.48 dollar, yaxud 0.57% enərək 83.76 dollara satılır. Təbii qazın qiymətləri isə 0.02 dollar, yaxud 0.58% yüksələrək 2.61 dollara ticarət edilir.
Qeyd edək ki, “Goldman Sachs”ın ekspertləri neftin qiyməti ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb. İnvestisiya bankı proqnoz edir ki, Brent xam neftinin qiyməti 80 dollardan yuxarı qalxacaq və ilin sonuna qədər isə 86 dollara çatacaq. Bankın proqnozuna əsasən hazırda xam neftə olan rekord tələb qiymətləri qısamüddətli dövr üçün yüksəldib.