Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI (Qərbi Texas) xam neftinin 1 barrel-ə görə qiyməti 0.17 dollar, yaxud 0.20% yüksələrək 85.66 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.21 dollar, yaxud 0.23% yüksələrək 90.04 dollara satılır. Təbii qazın qiymətləri isə 0.04 dollar, yaxud 1.20% azalaraq 2.89 dollara ticarət edilir.
Qeyd edək ki, OPEC+-dən bildirilib ki, tələb artdığından dolayı neftin qiymətləri yüksək qalmağa davam edəcək.