Home » Brent xam neftinin qiyməti artıb – Yenilənmiş proqnoz

Brent xam neftinin qiyməti artıb – Yenilənmiş proqnoz

by anar
0 comments 9 views 1 minutes read

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.

BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 1.28 dollar, yaxud 1.78% enərək 70.50 dollara ticarət edilir.

Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.36 dollar, yaxud 0.47% yüksələrək 76.26 dollara satılır. Təbii qazın qiymətləri isə 0.00 dollar, yaxud 0.04% enərək 2.49 dollara ticarət edilir.

Qeyd edək ki, xam neft ilə bağlı yenilənmiş proqnoz göstərir ki, 2023-cü ilin ikinci yarısında Brent neftinin qiyməti orta hesabla 79 dollara satılacaq. 2024-cü ildə isə 84 dollar olacaq.

Eyni zamanda dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 0,89 dollar, yaxud 1,12% azalaraq 78,25 dollar təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti isə 60 dollardan hesablanıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.